“Kəpəz” "Admira"ya qarşı
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bir görüş keçiriləcək. Olimpsport.az xəbər verir ki, günün yeganə matçında Azərbaycanın bu turnirdəki təmsilçilərindən biri - "Kəpəz" Bakıda “Admira”nı qəbul edəcək. İlk görüşdə minimal hesabla məğlub olan Şahin Dniyevin yetirmələri cavab görüşündə mütləq qələbə qazanmalıdı. buraxılacaq qol və ya qollar Gəncəlilərin işini xeyli çətinləşdirə bilər.
Avropa Liqası
İkinci təsnifat mərhələsinin cavab oyunu
20 iyul
20:00. “Kəpəz” - “Admira”
Hakimlər: Vitali Meşkov, Valeri Dançenko, Maksim Qavrilin, Mixail Vilkov (hamısı Rusiya).
Bakı. “Dalğa Arena”.
İlk oyun - 0:1.