Bu, mənim gələcəyimi həll edəcək oyun deyil.

Avropa Liqasının II təsnifatmərhələsinin cavab oyunları çərçivəsində  baş tutacaq "Kəpəz”- "Admira Vakker” matçı öncəsi mətbuat konfransı keçirilib.
 
Olimpsport.az xəbər verir ki, “Admira Vakker”in baş məşqçisi Oliver Lederer jurnalistlərin suallarını cavablandırıb:
 
- Salamlayıram hər birnizi. Qonaqpərvərliyə görə təşəkkür edirəm. Şəhəriniz çox gözəldir. Bakıya heyran oldum. Bilirik ki, bizi çətin oyun gözləyir. İlk oyunda yaxşı oynamışdıq. Sabah 90 və ya 120 dəqiqə də oynaya bilərik.
 
- “Kəpəz”dən hansı cəhətlərə görə çəkinirsiz?
- “Kəpəz”i yaxşı analiz etmişəm. Yaxşı əks-hücumlar təşkil edirlər. Topu itirməməyə çalışacağıq.
 
- Sabah müdafiədən oynayacaqsız?
- Mən belə deməzdim. “Admira”nın oyun stili belə deyil. Çalışacağıq ki, öz oyunumuzu nümayiş etdirək.
 
- Şahin Diniyev bildirdi ki, bu oyun karyeramın ən məsuliyyətli matçıdır. Bəs, sizin?
- Bu, mənim gələcəyimi həll edəcək oyun deyil.
 
- “Kəpəz”dən qorxmursuz?
- Biz bütün rəqiblərə hörmət edirik. Amma öz gücümüzə bələdik. Komandama güvənirəm. Qol vuracağımıza inanıram.
 
- “Admira” mərhələni adlaya bilməsə istefa verəcəksiz?
- Bu, bizim üçün faciə olmayacaq. Əgər mərhələni adlamasaq, mən istefa verməyəcəm.
 
- Şahin Diniyev bildirib ki, döyüşü uduzmuşuq, amma müharibə davam edir…
- Futbolda bu sözü demək, işlətmək düz deyil. Sabah biz düzgün oyun görəcəyik. Ümid edirəm ki, layiqli olan komanda qalib gələcək.
 
- O bu sözü pis mənada deməyib…
- Fikrimcə, 90 dəqiqə sonra qələbə bizim olacaq.
 
- Bakıda hava çox istidir. Bu, sizə necə təsir edəcəcək?
- Hava şəraiti bəhanə olmamalıdır. Uduzsaq, bunu əsas gətirə bilmərəm.