AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
Tovuzda yanan evdə meyitləri aşkarlanan ər-arvadın qətlə yetirildiyi məlum olub.
Bu barədə Tovuz rayon Prokurorluğundan "Report”a bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumata görə, qətlə yetirilən Pakizə Mirzəyeva Tovuz rayon Poliklinikasında uşaq həkimi işləyib. O, AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısıdır.
Qeyd edək ki, R.Mirzəyevin oğlu Anar Mirzəyev isə fevralın 15-də Sabirabad rayonu ərazisində avtomobil qəzasına düşərək ölüb.