“Neftçi” Banişevskinin xatirə turnirində gümüş medal qazandı

"Neftçi” PFK əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirin gümüş medallarını qazanıb.
 
Komanda 2005-2006-cı il təvəllüdlü futbolçular arasında təşkil olunmuş yarışın final matçında "Vətən”ə 1:2 hesabı ilə məğlub olub. "Neftçi”nin qolunu Yusif Əliyev vurub. Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib.
 
Futbolçulara kubok və medalları "Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, Müşahidə Şurasının üzvü Səməd Qurbanov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular – Rüstəm Rəhimov, Maşallah Əhmədov, Asif Əliyev təqdim ediblər. Təşkilatçı qurum AFFA tərəfindən yubileylərini qeyd edən veteran futbolçular – Böyükağa Ağayev və Vaqif Hüseynova, həmçinin turniri ən yaxşı işıqlandıran KİV nümayəndəsi, "Futbol+” qəzetinin əməkdaşı Rəşad Qasımova xatirə hədiyyələri verilib.
 
Qeyd edək ki, "Neftçi” turnirin qrup mərhələsində "Rəvan”a (2:1) və "Keşlə”yə (3:0) qalib gəlmişdi.