“Yos Nosbaum” stadionunda meydana çıxacaq 11-lik müəyyənləşdi.

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçiriləcək. Olimpsport.az xəbər verir ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.

Luksemburqun “Yos Nosbaum” stadionunda keçiriləcək qarşılaşmada meydana çıxacaq heyyətlər artıq məlumdur.

"Qarabağ": 13. İbrahim Şehiç, 2.Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahruddin Maqomedalıyev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

UEFA Çempionlar Liqası İkinci təsnifat mərhələsinin cavab oyunu
20 iyul 20:00. “Düdelanj” - “Qarabağ”
Hakimlər: Kevin Klansi, Stüart Stevenson, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya).
Düdelanj. “Yos Nosbaum” stadionu. İlk oyun - 0:2.