Mədətov fanatlarla rəqs edib hədiyyə qazandı - VİDEO
"Qarabağ"ın "Kəpəz"i 1:0 hesabı ilə yendiyi Topaz Premyer Liqasının XVII tur matçından sonra maraqlı olay yaşanıb.
Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov komanda yoldaşları ilə birgə təşəkkürünü bildirmək üçün azarkeşlərə tərəf yönəlib.
Bu zaman fanatlar Mahir Mədətovun adını çağırmağa başlayıblar. Mədətov isə azarkeşlərə dirijorluq edərək, onlarla ayrıca rəqs edib. Əvəzində gənc hücumçuya arxasında "İmarət Tayfa" yazılmış geyim hədiyyə olunub.
Qeyd edək ki, Mahir Mədətov oyunda vurulmuş yeganə qolun müəllifi olub. Peşəkar Futbol Liqası əvvəlcə bu qolu Riçard Almeydanın aktivinə yazsa da, sonradan baş hakim Orxan Məmmədovun raportuna əsasən, protokolda dəyişiklik edib. Bununla da Mədətovun Premyer Liqadakı qollarının sayı 8-ə yüksəlib.