Güləşçilərimiz Mazandaranda

Martın 1-də İranın Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir start götürəcək.  
 
Iki gün davam edəcək turnirə Azırbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandası qatılacaq. Qonşu ölkəyə məşqçi Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləçi yollanıb.
 
Heyətdə Əsgər Məmmədəliyev (57 kq), Tural Hüseynov (61 kq), Elmar Kazımov (65 kq), Davud İbrahimov (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmayev (97 kq) və Rahid Həmidli (125 kq) yer alıb.
 
Görüşlərin idarə edilməsində Azərbaycanı milli dərəcəli hakim Firqət İbrahimov təmsil edəcək.