"Zirə"nin fəxri prezidenti yeni vəzifədə

"Zirə” futbol klubunun fəxri prezidenti Orxan Məmmədov "Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” nə icraçı direktor təyin olunub.
 
Bu barədə  klubdan məlumat verilib.
 
İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.
 
Orxan Məmmədov 1984-cü ildə iyulun  1-də Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. 2009-cu ildə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini almışdır. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirmişdir. Əmək fəaliyyətinə 2006-ci ildən Sənaye və Energetika nazirliyində başlamış, 2007-ci ildən İqtisadiyyat nazirliyin Sahibkarlığın inkişafı siyasəti və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində baş məsləhətçi, müdir müavini və müdir vəzifələrində çalışıb.
 
Evlidir, 3 övladı var.