"Olimpsport" mükafatlandırıldı

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 2-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində (DGK İSM) tədbir keçirilməsi haqda xəbər vermişdik. 

Qeyd edək ki, tədbirin sonunda 2017-ci ilin yekunlarına əsasən, mötəbər yarışlarda fərqlənmiş idmançılar və onların məşqçiləri həmçinin qurulma sıx əməkdaşlıq edən bir neçə KİV-də DGK İSM tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Sevindirici haldır ki, Mərkəzin ötənilki uğurlarını geniş işıqlandırdıqlarına və qurumla daimi əməkdaşlığa görə "Olimpsport.az" saytının baş redaktoru Ramin Allahverdi də diplomla təltif olunub. Mükafatı DGKİSM-in sədri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayev mükafatı təqdim edib.