Veteranlardan prezidentə dəstək

Azərbaycan Futbol Veteranları İttifaqı (FVİ) aprelin 11-də keçiriləcək prezident seçkisində İlham Əliyevi dəstəkləyəcək.
 
Qurumdan verilən məlumata görə, bu barədə qərar FVİ-nin bu gün keçirilən iclasında qəbul olunub.
 
Tədbirdə çıxış edən FVİ-nin sədri Oqtay Abdullayev və veteran futbolçu İsgəndər Cavadov Prezident İlham Əliyevin ölkədə idmanın inkişafındakı xidmətlərini qeyd ediblər.
 
Azərbaycanın məqsədyönlü daxili və xarici siyəsətindən, ölkədəki dayanıqlı iqtisadi inkişafdan söz açan veteranlar seçkidə İ.Əliyevə səs verəcəklərini bildiriblər.