"Kəpəz"dən belə oyun gözləmirdim" - "Admira"nın baş məşqçisi

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Kəpəz"i 2:0 hesabı ilə  məğlub edən "Admira"nın baş məşqçisi Oliver Lederer oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Olimpsport.az saytı xəbər verir ki, Lederer qarşılaşmanın çətin keçdiyini bildirib: "Bacardığımızı göstərdik. Fikrimcə, qələbəyə layiq idik. "Kəpəz"i yaxşı oyuna görə təbrik edirəm".

 

- Demək olar ki, Bakıdakı oyun evdəkindən rahat oldu?

- Komanda bir həftə əvvəlki sistemlə oynayırdı. Belə oyun gözləmirdim. Mən rəqibin hücum futbolu oynayacağını gözləyirdim. Ancaq belə olmadı. Komanda yalnız matçın son dəqiqələridə hücum etməyə başladı.

 

- Komandada kimi fərqləndirə bilərsiz?

- Komanda müdafiə olunduğundan kimisə fərqləndirməkdə çətinlik çəkirəm.  

 

- İlk görüşdəki mətbuat konfransında Azərbaycan dilinə tərcüməçi yox idi. Sizə burda yaradılan şəraitdən razı qaldız?

- Bizi burda çox səmimi qarşıladılar. Gələn illərdə də Bakıya gələsi olsaq, çox sevinərik.