Bu gün “5 mart Bədən tərbiyəsi və İdman günü”dür
Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil.
“5 mart Bədən tərbiyəsi və İdman günü” Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.
Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb.
Eyni zamanda Heydər Əliyev həmin gün “İdman Fondu”nu təsis edib. Bununla da bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 5 mart “Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar olaraq müxtəlif yarış və tədbirlərə start verilir.