“5 Mart Bədən Tərbiyəsi və İdman günü” Tovuzda qeyd edildi - FOTOLAR
Tovuzda rayon İcra Hakimiyyəti, Tovuz Gənclər evi və Tovuz Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidədini ziyatər ediblər. Daha sonra tədbir Tovuz Olimpiya idman kompleksində davam edib.
Tovuz Gənclər evinin direktoru Rauf Rüstəmov və Tovuz Olimpiya İdman Kompleksinin rəhbəri Mübariz Məmmədov çıxış edərək gənc idmançılara “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nün yaradılmasından və bu günün əhəmiyyətindən danışıblar.
Sonda Tovuz Gənclər Evinin məşqçi müəllimləri və idmançıları rayon icra hakimiyyəti tərəfindən diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif olunublar.