Aqil Acalov: “Uğurlarımızı gözü götürməyən və bundan qısqanan qüvvələr var”
Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti , İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimayi xadim Aqil Acalov 5 mart Azərbaycanda bədən tərbiyəsi və idman gününə münasibət bildirib.
Ümumilli lider Heydər Əliyevin Gəncə şəhərində olimpik stadionun açılışında söylədiyi hər kəsin riayət etməsi məcbur kəlamı yadıma düşdü “Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq.Bizə lazımdır ki, gənclər, fiziki cəhətdən sağlam olsunlar. Bunun həm böyük siyasi, həm iqtisadi, həm də sosial əhəmiyyəti var. “
“Azərbaycan idmançılarının beynəxalq yarışlarda qələbə qazanmaları idmana olan diqqəti göstərir. Cənab prezident İlham Əliyev Azərbaycanın dünyada idman ölkəsi kimi tanıdılması ilə bağlı uğurlu siyasət aparır. Azərbaycan beynəlxalq idman yarışlarının mərkəzinə çevrilib. Dünyanın diqqəti Azərbaycana yönəlib. Avropa və İslam oyunlarının keçirilməsi buna misal ola bilər”. A.Acalov fikirlərində Azərbaycanın uğurlarından narahat olan qüvvələrə diqqət çəkdi: “Uğurlarımızı gözü götürməyən və bundan qısqanan qüvvələr var. Amma onların iyrənc siyasətləri fiaskoya uğramağa məhkumdur”.