Arif Əsədova fəxri ad verildi
Azərbaycan I Divizionunda çıxış edən "Sabah" klubunun baş məşqçisi Arif Əsədov fəxri ad alıb.
48 yaşlı mütəxəssis əməkdar məşqçi adına layiq görülüb. O, 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə mükafatlandırılıb.
Milli Olimpiya Komitəsində təşkil olunmuş tədbirdə daha bir futbol mütəxəssisi Məqsəd Yaqubəliyev də əməkdar məşqçi kimi mükafatlandırılıb.