İdman ictimaiyyətinin nümayəndələri Fəxri və Şəhidlər xiyabanında

Bədən Tərbiyəsi və İdman günü münasibətilə idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. 
 
Nazir Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, müxtəlif federasiyaların rəsmiləri, olimpiya çempionları, idmançılar və digər rəsmi şəxslər ziyarətdə iştirak ediblər. 
 
Onlar məzar üzərinə əklil qoyublar. Daha sonra onlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə tər qərənfillər düzüblər.
 
İdman ictimaiyyətinin nümayəndələri daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
 
Ardınca Bədən Tərbiyəsi və İdman Günü münasibətilə veloyürüş təşkil olunub.