Azad Rəhimov: "Bu günü qeyd etmək böyük şərəfdir"
"Bədən Tərbiyəsi və İdman günü münasibətilə bütün idmançıları təbrik edirik. Bu gün bizim peşə bayramımızdır. Bu bayramı bizlərə ulu öndər Heydər Əliyev bəxş edib”.
Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkədə idman geniş vüsət alıb: "Bu sahədəki uğurlarımız Azərbaycanın idman ölkəsi olduğunu söyləməyə əsas verir. İdman ölkəsində bu günü qeyd etmək böyük şərəfdir. Məqsədimiz idmanın təbliği və gənclərin bu işlərə cəlb olunmasıdır. Gələcəkdə də Azərbaycanın bayrağının yüksələcəyinə inanırıq. Daim himnimiz səslənəcək və medalların sayı artacaq. İdmançılarımızı təbrik edirəm”.