AFFA prezidenti Rəhimovu təbrik etdi
AFFA-nın XXV Konfransı başa çatdıqdan sonra qurumun İcraiyyə Komitəsinin iclası işə başlayıb.
Milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevin sədrlik etdiyi iclasa İK üzvlərinin hamısı qatılıb. Eyni zamanda FİFA və UEFA nümayəndələri də toplantıda iştirak edir.
İclasın əvvəlində R.Abdullayev 70 yaşı tamamlanan veteran futbolçu və ümumittifaq dərəcəli keçmiş hakim Rüstəm Rəhimovu 70 yaşı münasibətilə təbrik edib. Toplantı daha sonra qapalı formatda davam etdirilib.