"Neftçi" "Şkendiya"ya qarşı
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Olimpsport.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz “Neftçi” də səfərdə Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. Bakıda rəqibi ilə qolsuz heç-heçəyə razılaşan bakılılara mərhələ adlamaq üçün hətta qollu heç-heçə də bəs edəcək. Qeyd edək ki, "Şkendiya" səddini keçəcəyi halda, "Neftçi" növbəti mərhələdə Çexiyanın “Mlada Boleslav” klubu ilə qarşılaşacaq.
Avropa Liqası İkinci təsnifat mərhələsinin cavab oyunu
21 iyul 22:00. “Şkendiya” - “Neftçi”
Hakimlər: Erik Lambrext, Karel de Roker, Co de Veyrdt, Frederik Geldhof
Skopye. “II Filipp” stadionu. İlk oyun - 0:0.