BOS-dan ailəli azarkeşlərə sürpriz

Martın 23-ü Azərbaycan və Belarus milli komandalarının yoldaşlıq oyunu zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq.
 
Bu barədə Bakı Olimpiya Stadionunun ictimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib. Mehdiyeva bildirib ki, həmin sektorda yalnız ailəli azarkeşlər əyləşəcəklər:
 
"Hazırda aktiv şəraitdə çalışırıq. 23 mart tarixində futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq matçı olacaq. Biz qərarə gəldik ki, xanımlar və uşaqlar üçün stadiona gəlməmək üçün hər hansı bir səbəb olmasın. Bu oyun üçün ailə sektoru yaradırıq. Bu sektorda yalnız ailəli azarkeşlər əyləşəcək. Atalar və analar futbola baxarkən, uşaqlar əylənəcəklər. Onlar üçün xüsusi yer olacaq. Həmin oyunda peşekar dayələr fəaliyyət göstərəcək. Oyundan 1 saat öncə və yarım saat sonra biz uşaqlara baxacağıq. Uşaqlar istəsələr valideynlərinə də qoşula bilərlər”.
 
Qeyd edək ki, Azərbaycan – Belarus matçı saat 20:00-da başlanacaq.(sportnet)