DÇ - 2018-in himni təqdim edildi - VİDEO

Amerikalı müğənni Ceyson Derulo Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatının rəsmi himnini təqdim edib.
 
Bəstə "Coca-Cola" şirkəti ilə birlikdə ərsəyə gətirilib. Derulo mahnını iyunun 14-də Moskvanın "Lujniki" stadionunda Rusiya – Səudiyyə Ərəbistanı matçından əvvəl keçiriləcək turnirin açılış mərasimində ifa edəcək.
 
Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək.