Sport24.az 1 yaşını BOS-da qeyd etdi

Bu gün Sport24.az saytı Bakı Olimpiya Stadionunda (BOS) 1 yaşını qeyd edib.
 
Tədbir iki hissədən ibarət olub.
 
Əvvəlcə, idman jurnalistləri özlərini penalti vuruşları seriyasında sınayıblar. Azərbaycanın U-21 yığmasının qapıçılar üzrə məşqçisi Faiq Əzizovun çərçivədə yer aldığı yarışmada Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşı Elgiz Abbasov Qalib olub.
 
Tədbirin ikinci hissəsi isə BOS-un konfrans zalında təşkil olunub. Həmin mərasimə Azərbaycan milli komandasının və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, "Qəbələ”də eyni postu tutan Roman Qriqorçuk, "Səbail”in sükanı arxasında olan Samir Əliyev də iştirak edib.
 
Mütəxəssislərdən Vaqif Sadıqovla Şahin Diniyev, veteran futbolçular Samir Ələkbərovla Mahmud Qurbanov, "Neftçi”nin idman direktoru Ceyhun Sultanov, "Kəpəz” idarəediciləri İslam Abbasovla Elnur Camalxanov, "Xəzər”in baş məşqçisi Elşad Əhmədov, onun "Sabah”dakı həmkarı Arif Əsədov da tədbirin digər iştirakçıları olublar.
 
Mərasimdə Sport24.az-ın müxtəlif nominasiyalar üzrə mükafatları təqdim olunub:
 
 
1. Göstərdiyi dəstəyə görə AFFA-nın baş katibi Elxan Məmmədova
2. Göstərdiyi dəstəyə görə Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevə
3. Göstərdiyi dəstəyə görə "Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Kamran Quliyevə
4. Azərbaycan futbolunun ən parlaq səhifəsini yazdığına görə "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova
5. Sport24.az tarixinin ən maraqlı müsahibi olan "Böyük kapitan” Rəşad Sadıqova
6. Azərbaycan futbol tarixinin ən uğurlu əcnəbi mütəxəssisi "Qəbələ” klubunun ukraynalı baş məşqçisi Roman Qriqorçuka
7. Sport24.az saytına həmkar dəstəyinə görə Qol.az az saytının baş redaktoru Aydın Bağırova
8. Sport24.az saytına həmkar dəstəyinə görə "CBC Sport” telekanalının baş direktoru Volkan Üstə
9. Sport24.az saytının yaradıcılarının "Xaç atası” (və ya ilk müəllimi) olan "Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmliyə 10. Sport24.az saytına xüsusi dəstəyinə görə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdullaya
11. Sport24.az saytına xüsusi dəstəyinə görə Azərbaycan milli komandasının mətbuat katibi Elman Himayətoğluna
12. Azərbaycan futbolunun markasını Avropada ən yaxşı tanıtdığına görə FİFA agenti Vaqif Heydərliyə