“Qarabağ” UEFA reytinqində 3 pillə irəliləyib.

“Qarabağ” UEFA reytinqində 3 pillə irəliləyib. Olimpsport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində “Düdelanj”la 1:1 hesablı heç-heçə edən  təmsilçimiz siyahıda 117-ci pilləyə yüksəlib.

 

Hesabına 0,525 xal əlavə edən Ağdam klubu son 5 mövsümün nəticələrinə əsasən əmsalını 14,025-ə çatdırıb. Bunun 1,825-i cari mövsümə təsadüf edib.

 

2012/13 mövsümündə 0,600, ardınca 2,000 xal toplayan “Qarabağ” qrupa düşdüyü son iki ildə əvvəl 5,725, sonra 3,875 xal qazanmışdı. Belə çıxış ötən həftə 120-ci olan “ağ-göylərə” 117-ci yerədək yüksələk imkanı verib.

 

Qeyd edək ki, “Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdi. Siyahıya 144,428 xala malik “Real” başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cü pillədə qərarlaşıb.(Apasport.az)