Ukrayna Rusiyadakı yarışları boykot etdi - RƏSMİ
Ukraynanın idman naziri İqor Jdanov bu ölkənin idmançılarının Rusiya ərazisində keçiriləcək yarışlarda iştirak etməyəcəyinə dair əmr imzalayıb.
Nazir bu barədə şəxsi "facebook” səhifəsində yazıb.
"Donetsk və Luqansk bölgələrində müvəqqəti işğal olunmuş ərazilərdə Ukraynanın dövlət suverenliyini təmin etmək üçün dövlət siyasətinin xüsusiyyətləri haqqında” Qanuna uyğun olaraq yeni əmr imzaladım. Ukraynalı idmançılar Rusiya ərazisində keçiriləcək istənilən yarışda iştirak etməyəcəklər. Rusiyanın daxili və xarici siyasətini nəzərə alaraq, oradakı yarışlar idmançılarımız üçün təhlükəlidir”, - deyə Jdanov bildirib.
Qeyd edək ki, daha əvvəl Ukrayna yığması Rusiyanın Tümen şəhərində keçirilən biatlon üzrə Dünya Kubokunu boykot etmişdi.