"İnter" daha iki komanda ilə qarşılaşmağı planlaşdırır

Məlumat verdiyimiz kimi, "İnter" FK növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirir.

Olimpsport.az-ın  klubun rəsmi saytına istinadən verdiyi  məlumata görə  bankirlər ilk öncə iyul ayının 22-də Bakı vaxtıyla saat 19:00-da  Türkiyə təmsilçisi Elazığspor"FK ilə görüşəcək.

Komanda toplanış çərçivəsində daha iki rəqiblə qarşılaşmağı planlaşdırır. İylun 24-də "İnter" Türkiyənin daha bir komandası "Gənclərbirliyi"  ilə üz-üzə gələcək. Növbəti gün bakılıların  Gürcüstanın "Kolheti Poti" komandasıyla qarşılaşacağı gözlənilir. Oyunların vaxtı hələ təyin olunmayıb.

Qeyd edək ki, "İnter" Vətənə iyulun 26-da qayıdacaq.