İngiltərə millisinin baş məşqçisi müəyyənləşdi
İngiltərə yığmasının yeni baş məşqçisi müəyyənləşib. Olimpsport.az xəbər verir ki, Roy Hocsonla yolları ayıran Britaniya təmsilçisi Sem Ellardaysla anlaşıb.
Stiv Bryus, Eddi Hau, Yurgen Klinsmann və Arsen Vengerlə danışıq aparan ingilislər üstünlüyü son olaraq, “Sanderlend”i çalışdıran mütəxəssis Ellardaysa veriblər.
Qeyd edək ki, 62 yaşlı çalışdırıcı ilk dəfə milli komandaya rəhbərlik edəcək. O, bu vaxta qədər “Bləkpul”, “Notts Kaunti”, “Bolton”, “Nyukasl”, “Bləkbörn” və “Vest Hem” kimi klubları da çalışdırıb.
Qeyd edək ki, 62 yaşlı çalışdırıcı ilk dəfə milli komandaya rəhbərlik edəcək. O, bu vaxta qədər “Bləkpul”, “Notts Kaunti”, “Bolton”, “Nyukasl”, “Bləkbörn” və “Vest Hem” kimi klubları da çalışdırıb.