Olimpiya mükafatçımız beynəlxalq turnirdə

Martın 22-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
 
Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) yollanacaq. 
 
Qadın güləşçilərin mübarizəsində isə olimpiya mükafatçısı Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaq. 
Qeyd edək ki, martın 25-dək davam edəcək yarışda görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.