"Şəmkir"də yeni təyinat

“Şəmkir”in yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Olimpsport.az xəbər verir ki, bundan sonra komandanı Əli Məmmədov çalışdıracaq.

 

32 yaşlı çalışdırıcı vəzifəyə bu gün təyin edilib. O, bu postda Kamran Əlibabayevi əvəzləyib.

 

Karyerası ərzində yalnız 2013-15-ci illər aralığında AZAL-ın 12 yaşlılarına rəhbərlik edən Məmmədovun bu, baş məşqçi kimi ilk işidi.

 

Əli futbolçu kimi də “Şəmkir”in aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. Premyer Liqada isə MOİK və "Şəfa"nın şərəfini qoruyub.