"Qəbələ" daha bir transferini gerçəkləşdirdi

"Qəbələ" və Buxarest "Dinamo"su arasında hücumçu Marsel Essombenin transferi ilə bağlı razılaşma əldə olunub. Olimpsport.az saytı xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın rəsmi feysbuk səhifəsində məlumat yayılıb.

 

Essombe danışıqların yekunlaşdırılması və tibbi müayinədən keçmək məqsədilə ölkəmizə dəvət edilib. 
 

Futbolçu karyerasına Fransada başlayan Essombe karyerası boyunca adıçəkilən ölkənin bir sıra klublarında forma geyinib. O, son mövsümü "Dinamo"da keçirib.