Şəhriyar Məmmədyarov liderlə üz-üzə

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün X turun görüşləri keçiriləcək.
 
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla amerikalı Fabiano Karuana ilə qarşılaşacaq. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib. Məmmədyarovun aktivində 7 heç-heçə və 2 qələbə var.
 
Turun digər görüşləri:
 
Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya)
 
Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan)
 
Din Lijen (Çin) - Uesli So (ABŞ)
 
9 turdan sonra Karuana 6 xalla vahid liderdir. Məmmədyarov 5,5 xalla 2-ci, Qrişuk 5 xalla 3-cü yerdə qərarlaşıb. 4-5-ci pillələrdəki Din Lijen və Karyakinin hərəyə 4,5 xalı, 6-8-ci pillələrdəki Kramnik, Aronyan və Sonun hərəyə 3,5 xalı var.
 
Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.