"Neftçi” "Autizmlilər”i ziyarət edib - FOTOLAR

"Neftçi”nin rəhbərliyi, məşqçi və futbolçu heyəti "Autizmlilər” İdman Klubu İctimai Birliyini ziyarət edib. Autizmli uşaqlar və onların müəllimlərinə, eyni zamanda klubun rəhbərliyinə Novruz bayramı münasibətilə "ağ-qaralar" adından təbriklər çatdırılıb.

 

 

Tədbirdə iştirak edən "Neftçi”nin prezidenti Kamran Quliyev bayram günlərində baş tutan ziyarətdən məmnunluq ifadə edib, kluba gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra "Neftçi”nin üzvləri uşaqlarla birgə yaşıl meydanda futbol oynayıb, qapıya zərbələr vurublar.

 

 

Tədbirin sonunda "Autizmlilər” İdman Klubu İctimai Birliyinin sədri Elnur Məmmədli "Neftçi” rəhbərliyinə diqqətə görə təşəkkür edib.