"Zirə" məşqlərə başladı
Təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə gedən "Zirə" məşqlərə başlayıb.
Olimpsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Adil Şükürov yorucu yolçuluğun ardından dünən bərpa məşqinə üstünlük verib.
Bu gün də “qartallar” bir dəfə meydana çıxıb. Səhər məşqi müxtəlif hazırlıq hərəkətləri ilə yanaşı, maraqlı yarışma ilə də diqqət çəkib. Futbolçular 7 nəfərdən ibarət üç komandaya ayrılıblar və dairəvi sistemlə mini-turnir keçirilib. Nəticədə, Abdulla Seyidəhmədov, Cəmil Hacıyev, Yamin Ağakərimzadə, İlkin Muradov, Elgün Nəbiyev, Tural Cəlilov və Vüsal İskəndərlidən ibarət “göylər” 7 xalla qalib gəliblər.