"Liverpul" Uelsli oyunçusu ilə yollarını ayırdı

"Liverpul" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Olimpsport.az xəbər verir ki, 2012-ci ildən "qırmızılar"ın şərəfini qoruyan Co Allen "Stoke City" ilə anlaşıb. 26 yaşlı futbolçuya görə "Stoke City" "Liverpool"a 15 milyon avro ödəyəcək. Xatırladaq ki, Uels yığmasının da formasını geyinən futbolçu ölkəsi ilə son AÇ-da bürünc medal qazanmağı bacarıb.