Mariya Stadnik yarımfinalda

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilir.
 
İlk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçilərimizdən Elis Manolova (65 kq) bürünc medal qazanıb.
 
Bu gün isə yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulub.
 

Yunan-Roma güləşi
 
67 kq
 
 
1/8 final - Murat F. (TUR) - Elman Muxtarov 8:0
 
Qadın güləşi
 
 
50 kq
 
1/2 final - Mariya Stadnik - Nadejda Sokolova (RUS)
 
1/4 final - Agata Walerzak (POL) - Mariya Stadnik 0:10 (52 san.)
 
1/8 final - Mariya Stadnik - Tabatha Grunewald (FRA) 11:0 (87 san.)