Mariya Stadnik finalda rusiyalı güləşçi ilə üz-üzə

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilir.
 
İlk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçilərimizdən Elis Manolova (65 kq) bürünc medal qazanıb. Bu gün isə yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulub. Bütün rəqiblərini tam üstünlüklə məğlub edən Mariya Stadnik turnirin finalına yüksəlib. Final görüşü Bakı vaxtı ilə 25 mart saat 17:00-da başlayacaq.
 
Yunan-Roma güləşi
 
67 kq
 
1/8 final - Murat F. (TUR) - Elman Muxtarov 8:0
 
Qadın güləşi
 
50 kq
 
 
FİNAL - Mariya Stadnik - Milana Dadaşova (RUS) (A xalçası, saat 17:00)
 
1/2 final - Mariya Stadnik - Nadejda Sokolova (RUS) 14:4
 
1/4 final - Agata Walerzak (POL) - Mariya Stadnik 0:10 (52 san.)
 
1/8 final - Mariya Stadnik - Tabatha Grunewald (FRA) 11:0 (87 san.)