Mario evinə döndü
Almaniya millisinin futbolçusu Mario Götze "Borussia Dortmund"a geri dönüb.
Olimpsport.az klubun saytına istinadən xəbər verir ki, onunla 2020-ci ilə kimi müqavilə imzalanıb. Dortmundlular yarımmüdafiəçiyə görə 23-26 milyon avro ödəyəcək. Marionun məvacibi isə 8 milyon avro olacaq.
"Mən 2013-cü ildə "Bayern"ə keçəndə düşünüb qərar vermişdim. Olan oldu, keçmişimdən gizlənməyəcəm. 3 il keçdi. Artıq 24 yaşım var. Həmin vaxt verdiyim qərar başqa cür baxıram. Azarkeşlərin hansı hissləri keçirdiyini başa düşürəm. İndi həmin qərarı verməzdim. Evimə qayıdıb hər kəsi, xüsusilə məni istəməyənləri oyunumla fikrindən döndərməyə çalışacam. Yüksək səviyyəli oyun göstərmək istəyirəm. Həm özüm, həm də "Borussia" azarkeşləri üçün" - Götze deyib