Devid Moyesin yeni iş yeri

Devid Moyes "Sunderland"ın baş məşqçisi olacaq. Olimpsport.az xəbər verir ki, Sem Allardaysın İngiltərə yığmasına baş məşqçi təyin olunmasından sonra "Sunderland"-ə Devid Moyesin gətiriləcəyi gözlənilir. Hazırda işsiz olan 53 yaşlı şotland məşqçi daha öncə "Everton", "Manchester United" və "Real Sociedad" kimi klublarda çalışıb.