Tovuz Gənclər evində ilk dəfə səs verən gənclərlə görüş - FOTO
27 mart 2018 ci il tarixdə Tovuz Gənclər evində ilk dəfə səs verən gənclər və gənc təhsil işçiləri ilə maarifləndirici görüş keçirilmişdir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tədbirlər planına uyğun olaraq keçirilən görüşdə çıxış edən tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin prorektoru, millət vəkili,YAP siyasi şurasının üzvü Rafiq Məmmədhəsənov və qonaqlar gənclər arasında seçki prosesi və gənclərin seçkilərdə iştirakı, eləcə də ilk dəfə səs verən gənc seçicilərin fəal iştirakı vacibliyini vurğuladılar. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin gənclər siyasətinin mühüm rolundan geniş məlumat verildi.Seçkilərin ölkəmizin həyatında mühüm hadisə olduğunu, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyi barədə məlumat verildi.
Daha sonra ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar cavablandırılıb.