Almaniya klublarından millimizin futbolçusuna təklif
Almaniya "Ayntraxt"ından kənarlaşdırılan Azərbaycan millisinin futblçusu Renat Dadaşov bir neçə klubdan təklif alıb.
Bu barədə 18 yaşlı hücumçunun meneceri Kostas Spanudakis "Bild”ə bildirib. O, deyib ki, Dadaşovu birbaşa müqaviləyə dəvət etmək istəyənlər var: "Almaniya və xaricdən bir neçə təklif gəlib. Onlardan bəziləri futbolçunu dərhal götürməyə hazırdırlar”.
Qeyd edək ki, "Ayntraxt”ın yetirməsi olan Renat Dadaşov U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb. Onun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var. 18 yaşlı futbolçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin "Dinamo”sunun düşərgəsindədir. Yığma üzvü formasını qorumaq üçün Almaniyada Regional Liqanın Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan paytaxt təmsilçisinin məşqlərinə qatılır.