BOS üçün toy nümunəsi

İtaliyanın məşhur "San Siro” stadionunda toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.
 
Həm də "Cüzeppe Meatsa” adı ilə tanınan idman qurğusu bu ilin sentyabrından etibarən sifarişləri qəbul etməyə başlayacaq.
 
Toy etmək istəyənlər mərasimə 80 – 1000 nəfər dəvət edə biləcəklər. Toy davam etdiyi müddətdə arxa fonda futbol matçı keçiriləcək. 
 
Bu arenada "İnter” və "Milan” klubları ev oyunlarını keçirirlər. 
 
Azərbaycanda isə Bakı Olimpiya Stadionu bir müddət əvvəl toy mərasimləri üçün açıq olduğunu bəyan edib.