AFFA-dan "Mançester Siti"nin oyununa təyinat
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva növbəti təyinat alıb.
K.Mehtiyeva qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının ¼ final mərhələsində keçiriləcək "Linköpinqs” (İsveç) – "Mançester Siti” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma martın 28-də Linköpinq şəhərində baş tutacaq.