FIFA prezidentindən Böyükağa Hacıyev üçün başsağlığı
FİFA prezidenti Canni İnfantino AFFA-nın Məşqçilər Komitəsinin üzvü, müxtəlif komandalarda məşqçi və baş məşqçi vəzifəsində çalışmış Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
Ali futbol qurumunun rəhbəri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) başsağlığı məktubu ünvanlayıb.