Messi daha bir otel aldı

İspaniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi İbitsa adasında otel alıb.
 
Obyekt ikinci sahil xəttində - ən məşhur çimərliklərin birində yerləşir.
 
Oteldə 52 otaq, böyük hovuz, damda gözəl mənzərəli bar var. VİP xidmətlərin də təklif olunduğu mehmanxananın gecəsi 226 – 525 funt sterlinq təşkil edir.
 
Qeyd edək ki, Lionel Messi ötən il İspaniyanın Sidjes bölgəsində 26 milyon funt sterlinqə 4 ulduzlu otel alıb.