“Şkendiya”nın baş məşqçisindən qələbə şərhi
“Tariximizdə ilk dəfə üçüncü mərhələyə keçdiyimiz üçün çox şadıq”. Olimpsport.az saytının xəbərinə görə, bu sözləri “Şkendiya” klubunun baş məşqçisi Bruno Akrapoviç deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında "Neftçi"ni məğlub edən (1:0, ilk oyun 0:0) Makedoniya təmsilçisinin çalışdırıcısı bildirib ki, hər iki komandanın qələbə qazanmaq şansı var idi: “Amma bizim qol epizodlarımız daha çox idi və buna görə də qələbə qazana bildik. Qarşıda “Mlada" ilə daha iki vacib oyunumuz var və bu gün olduğu kimi həmin oyunlarda da əlimizdən gələni edəcəyik”.
Akrapoviç Çempionlar Liqasında çıxış edən “Vardar”ın mübarizəni dayandırmasından sonra Avrokuboklardakı yeganə Makedoniya təmsilçisi olmağın onların üzərində əlavə məsuliyyət yaratdığını əlavə edib.(apasport)