Dörd güləşçimiz finalda
Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilir.
Turnirdə Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Hollandiya, Qırğızıstan və Bosniya və Hersoqoviniya ilə yanaşı yığma komandalarımızın üzvləri də iştirak edir.
İlk yarış günündə sərbəst və yunan-Roma güləşi üzrə 48, 55 və 65 kq, qadın güləşi üzrə 43, 49 və 57 kq çəkidə 11 güləşçimiz xalça üzərinə çıxıb.
Yunan-Roma güləşi yarışlarında Qurban Qurbanov (48 kq), Murad Abbasov, Elmir Əliyev (hər ikisi 55 kq), Ruslan Hədisov və Elcan Məmmədov (hər ikisi 65 kq), sərbəst güləş yarışlarında Əlihəsən Əmirli, Riyad Aslanov (hər ikisi 48 kq), Əbülfəz Nəsirov (55 kq), Əşrəf Aşurov və Turan Bayramov (hər ikisi 65 kq) iştirak edib. Qadın güləşçilərin mübarizəsində Şahanə Nəzərova (43 kq), Sevinc Əhədova (49 kq) və Birgül Soltanova (57 kq) qüvvələrini sınayıb.
İlk yarış günündə qadın güləşçilərimizdən Birgül Sultanova (57 kq), sərbəst güləşçilərdən Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib.
Qadın güləşi
FİNAL
57 kq - Elmas Çelik (TUR) - Birgül Sultanova
Təsəlliverici görüş
43 kq - Zerda Demir (TUR) - Şahanə Nəzərova
49 kq - Sevinc Əhədova - Nadiye Işık (TUR)
Sərbəst güləş
FİNAL
48 kq - Əlihəsən Əmirli - Halil Gökdeniz (TUR)
55 kq - Əbülfəz Nəsirov - Marcell Budai Kovacz (HUN)
65 kq - Turan Bayramov - Tolga Akyüz (TUR)
Bürünc medal görüşü
65 kq - Əşrəf Aşurov
Yunan-Roma güləşi
Bürünc medal görüşü
55 kq - Murad Abbasov
65 kq - Elcan Məmmədov
Təsəlliverici görüş
55 kq - Cüzeppe Frontani (İTA) - Elmir Əliyev
65 kq - Marco Mercatali (İTA) - Ruslan Hədisov