Zəfər Kubokunda daha 4 medal
Türkiyənin Gebze şəhərindəki sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kubokunun ikinci yarış günündə Azərbaycan yığması daha 4 medal qazanıb.
Medallardan 1-i qızıl, 2-si gümüş, 1-i bürünc olub. Yunan-Roma güləşçilərindən Qurban Qurbanov (45 kq), qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq), sərbəst güləşçilərdən isə Fuad Mayılov (80 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Mirzəzadə final görüşünü də qələbə ilə başa vuraraq, turnirin qızıl medalını qazanıb. Qurbanov və Mayılov isə gümüş medalla kifayətlənib. Bürünc medala isə yunan-Roma güləşçisi Laçın Vəliyev (92 kq) yiyələnib.
Yunan-Roma güləşi
FİNAL
45 kq. Qurban Qurbanov - Edmond Nazaryan (Bolqarıstan) - 1:3
Bürünc medal görüşü
92 kq. Antonio Giffridd (İtaliya) - Laçın Vəliyev - 1:3
Qadın güləşi
FİNAL
65 kq. Nigar Mirzəzadə - Amina Roksana Kapeza (Rumıniya) - 3:1
Sərbəst güləş
FİNAL
80 kq. Fuad Mayılov - Axmedxan Tembotov (Rusiya) - 1:3
Bürünc medal görüşü
80 kq. Saqadulla Ağayev - Giorgi Nebubunişvili (Gürcüstan) - 1:3
Qeyd edək ki, ilk yarış gününün yekununda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda Azərbaycan güləşçiləri 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.