Millimizin sabiq üzvü evləndi - Fotolar
Millimizin sabiq futbolçusu, hazırda Bakının “Səbail” klubunda çıxış edən Ruslan Əmircanov subaylığın daşını atıb.
Millimizin qapıçısı Kamran Ağayevlə meyxana deyişmələri ilə daha çox tanınan sağ cinah müdafiəçisi 33 yaşında subaylığın daşını atıb.
“Neftçi” və “Qəbələ”nin sabiq futbolçusu xoş gününü “Xarı Bülbül” şadlıq sarayında edib. Oğlan toyu olan və ancaq kişilərdən ibarət olan mərasimə futbol camiəsi ilə yanaşı, bir sıra meyxanaçılar da qatılıb. Bunların arasında məşhurlardan Mehman Əhmədli, Vüqar Meyxana olub.
Həmçinin toyda güləşçilərimiz Toğrul Əsgərovla Cəbrayıl Həsənov da iştirak edib.