“Qarabağ” Türkiyədə mükafata layiq görüldü - Quliyev ən yaxşı seçildi
Dünən Türkiyənin məhşur media orqanlarından biri “Milliyet” qəzetinin “ilin idman mükafatları-2017” tədbiri keçirilib.
"Qarabağ” qardaş ölkənin ən nüfuzlu idman mükafatı olan “Gillette Milliyet ilin sporcusu ödülleri" tədbirində “ilin komandası” nominasiyasında təmsil olunub.
Lakin Ağdam klubu ilin ən yaxşı komandası seçilə bilməyib. Bu ada yerli "Fənərbaxça" klubunun basketbol komandası layiq görülüb. "Qarabağ"a isə münsiflər heyəti tərəfindən xüsusi fəxri mükafat təqdim olunub.
“İlin idmançısı” adına isə Türkiyəni təmsil edən həmyerlimiz, yüngül atletika üzrə dünya çempionu Ramil Quliyev layiq görülüb.
“Qarabağ” tədbirdə geniş heyətlə - klubun vitse-prezidenti Tahir Gözəl, direktoru Əmrah Çəlikəl, baş məşqçisi Qurban Qurbanov, baş meneceri Asif Əsgərov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla təmsil olunub.