Millimizin rəqibi dəyişdi
7-8 apreldə Amerika Birləşmiş Ştatlarının Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparmalı olsa da, Rusiya yığması yarışdan imtina edib. Belə də onları Dünya Kubokunda Monqolustan yığması əvəz edərək millimizə rəqib olub.
A yarımqrupunda isə İran yığması Güləş Federasiyasında yaşanan daxili problemlər səbəbindən yarışdan imtina edib. Onları isə Hindistan yığması əvəz edəcək.
Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Monqolustan ilə yarımqrup görüşlərinə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz III yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə – 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.