Vüqar Rəsulov gümüş medala layiq görülüb
Astanada paytaxt şahmat hərəkatının əsasını qoymuş Xakim Omarovun xatirəsinə həsr edilən turnir başa çatıb.
Olimpsport.az xəbər verir ki, İsveçrə sistemi üzrə 8 turda keçirilən turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Özbəkistan və digər ölkələrdən ümumilikdə 71 şahmatçı, o cümlədən 10 qrossmeyster iştirak edib.
Azərbaycanı bu yarışda Gəncədən olan beynəlxalq qrossmeyster Vüqar Rəsulov təmsil edib. Turnirin qalibi belaruslu şahmatçı Aleksey Aleksandrov olub. O, mümkün 9 xaldan 7-ni toplayıb. Vüqar Rəsulov yarışın qalibi ilə eyni miqdarda xal toplayaraq gümüş medala layiq görülüb. Üçüncü yeri özbəkistanlı şahmatçı Azamat Daurimbetov tutub.